Gələn həftə G7 onlayn sammit keçirəcək


Yeddilik Qrupu (G7) ölkələrinin liderləri gələn həftə onlayn görüşməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Yaponiyanın NHK ictimai telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, onlayn sammitin dekabrın 13-də keçirilməsi planlaşdırılır.
Görüşdə G7 liderlərinin ABŞ-nin yeni prezidenti Donald Trampın andiçmə mərasimi ərəfəsində birliklərini təsdiqləmək niyyətində olduqları vurğulanır.
Danışıqların əsas mövzularının Ukrayna və Yaxın Şərqdəki vəziyyət olacağı gözlənilir.
Həmçinin, məlumata görə, G7 liderləri Rusiya və KXDR-ə qarşı əlavə sanksiyaların tətbiqi imkanlarını müzakirə edə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top