Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Abşeron Avtomobil Mərkəzi” MMC olub.
Tenderin qalibi olan “Abşeron Avtomobil Mərkəzi” MMC Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidmətinə 52 ədəd təcili tibbi yardım nəqliyyat vasitələri satacaq və qarşılığında 13 milyon 789 min 620 manat 3 qəpik alacaq.
Açıqlanan rəqəmlərdən də göründüyü kimi, bir ədəd təcili tibbi yardım avtomobilinin qiyməti 265 min 185 manat təşkil edəcək.
Onu da bildirək ki, “Abşeron Avtomobil Mərkəzi” MMC 2016-cı ildən “Mercedes-Benz” brendinin Azərbaycandakı rəsmi dileridir.
Elnur Əli