Gürcüstanın aparıcı müxalifət partiyalarından birinin – “Güclü Gürcüstan” partiyasının liderlərindən olan Aleko Elisaşvili müayinələr üçün Duşeti təcridxanasından “Vivamed” klinikasına köçürülüb.
Yeniavaz.com Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Elisaşvili həbs olunarkən qabırğası sınıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, dekabrın 2-də Aleko Elisaşvili Tbilisinin Kostava küçəsində yerləşən apteklərdən birində hakim “Gürcü arzusu” partiyasının üzvü Əli Babayevə hücum edib və ona fiziki təzyiq göstərib.
Elisaşvilinin vəkili isə Babayevin müxalif siyasətçini təxribata çəkdiyini iddia edir.
Qeyd edək ki, Əli Babayev eyni zamanda Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədridir.