Rusiya Prezidenti Vladimir Putin ölkədə inflyasiyanın azalması münasibətilə Türkiyə rəhbərliyini təbrik edib.
Yeniavaz.com xəbər verir ki, Rusiya Prezidenti “Rusiya çağırır!” adlı investisiya forumunda türkiyəli jurnalistin sualını cavablandırarkən Türkiyədəki inflyasiyadan danışıb.
Rusiya Prezidenti xatırladıb ki, son vaxtlar Türkiyədə inflyasiyanın səviyyəsi təxminən 80 faiz olub, indi isə 50 faizdən aşağıdır.
Qeyd edək ki, Vladimir Putinin bu açıqlaması forum iştirakçılarının gülüşünə səbəb olub.