Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı Ankaranın Suriyada siyasi nizamlanmaya zəmin yaratmaq istədiyini bildirib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prezident Ərdoğan Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclası zamanı BMT-nin baş katibi Quterreşlə telefon danışığı olub.
Regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan Suriya münaqişəsinin yeni mərhələyə keçdiyini və Suriya rejiminin hərtərəfli siyasi həllə nail olmaq üçün dərhal öz xalqı ilə dialoq qurması lazım olduğunu qeyd edib.