Ukrayna Rusiyanın Qərbdə dondurulan aktivlərindən 50 milyard alacaq.
Yeniavaz.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.
Onun sözlərinə görə, bu, yaxın həftələrdə baş verəcək: “Hazırda biz Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 50 milyard ayırmağa hazırlaşırıq. Biz və Avropa bu məbləği yaxın həftələrdə Kiyevə çatdıracağıq. Bu yolla biz gələn il Ukraynaya dəstək verəcəyik”.
Bildirilir ki, Rusiyanın 200 milyard dollardan çox dövlət aktivləri Ukraynaya genişmiqyaslı müdaxilədən sonra Qərb ölkələri tərəfindən dondurulub. İndiyədək bu aktivlərin Ukraynaya verilməsi ilə bağlı çoxlu çağırışlar olub.