Qaragilə bağı salanlara hər hektara görə 15 min manat subsidiya veriləcək


Gələn ildən başlayaraq Azərbaycanda ilk dəfə olaraq intensiv qaragilə (mavigilə) bağlarının salınmasına görə dövlət tərəfindən subsidiyalar ayrılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilir ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran-Astara iqtisadi rayonlarında salınan intensiv qaragilə bağının hər hektarına görə fermerlərə 15 min manat birdəfəlik əkin subsidiyası veriləcək. Bu subsidiya mexanizmi hər hektarda ən azı 3,4 min tingin əkildiyi, damcı suvarma sistemi ilə təmin olunan qaragilə bağlarına şamil olunur.

DİGƏR XƏBƏRLƏR

Top