ABŞ Prezidenti Co Bayden Anqolada Afrika liderləri ilə keçirilən Trans-Afrika Sammiti zamanı yatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə kadrları dərc edən “Trending Politics” xəbər portalının sahibi Kollin Raqq məlumat verib.
Onun məlumatına görə, sammit zamanı quraqlıq şəraitində bu ölkələrə edilən yardımlar müzakirə edilib.
Raqqın sözlərinə görə, bu, Baydenin Afrika liderlərinə 1 milyard dollar maliyyə yardımı vəd etməsindən sonra baş verib.