Türkiyəli məşhur professor İlber Ortaylı vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com “Haberler.com”a istinadla xəbər verir ki, Ortaylının xəstəxanaya yerləşdirilməsinə səbəb ayağında yaranın infeksiyası və bununla bağlı bir sıra fəsadlar olub.
Jurnalist Fatih Altaylı onun son vəziyyəti ilə bağlı məlumat verib. Altaylı məşhur tarixçinin şəkərli diabetlə bağlı bir sıra xəstəlikləri olduğunu, ayağındakı yaraya infeksiya düşdüyünü və bunun bir sıra fəsadlar törətdiyini bildirib.
Buna baxmayaraq o, Ortaylının səhhətinin yaxşı olduğunu ifadə edib.
Qeyd edək ki, məşhur tarixçi bir müddət əvvəl Okan Bayülgenin verilişində qonaq olub. Canlı yayımda onun halı pisləşib və efiri davam etdirə bilməyib. Nəticədə, o, verilişi yarımçıq tərk etməli olub.