Ukraynadan İvanişvili və Kobaxidzenin də aralarında olduğu Gürcüstan rəsmilərinə sanksiya


Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməsi haqqında fərmanı imzaladığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, müvafiq sərəncam prezidentin saytında dərc olunub.
Sənədin mətnində qeyd edilib ki, siyahıya 19 nəfər, o cümlədən “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili, daxili işlər naziri Vaxtanq Qomelauri, Tbilisi meri Kaxa Kaladze, o cümlədən Gürcüstan parlamentinin bir sıra deputatları daxil edilib.
“Mən indicə Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalarla bağlı qərarını qüvvəyə mindirən fərman imzaladım və bunlar Gürcüstan hökumətinin bir hissəsinə qarşı sanksiyalardır. Ukrayna Bidzina İvanişvili və onun tərəfdaşları olan 19 nəfərə qarşı sanksiya tətbiq etdi”, - deyə Zelenski “Telegram” kanalında yayımlanan videoda bildirib.
Qeyd edək ki, bir gün əvvəl Zelenski Kiyevin Gürcüstan hakimiyyətinə qarşı məhdudlaşdırıcı tədbirlər hazırladığını açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top