Dövlət müəssisələrindəki 653 uşaq ailələrinə qaytarılıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində ötən dövrdə 653 uşağın dövlət uşaq müəssisələrindən ailələrinə qayıdışı təmin olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.
Bildirilib ki, uşaqların həmin müəssisələrə düşməsinin qarşısının alınması üçün də həssas qruplara aid uşaqlar və ailələri ilə bağlı Ailə İnkişaf Planları əsasında sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır.
“Qeyd olunan işlərin nəticəsi olaraq 536 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanması təmin olunub”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top