İtaliyanın “Milan” klubu klubun 125 illik yubileyinə həsr olunmuş retro formasını təqdim edib.
Yeniavaz.com xəbər verir ki, klub bu barədə sosial şəbəkə səhifələrində məlumat yayıb.
“Milan” yeni forma ilə ilk dəfə dekabrın 15-də İtaliya çempionatının 16-cı turunun “Cenoa” ilə oyununda meydana çıxacaq.
Klubun yubileyi üçün hazırlanan bu retro formadan cəmi 1899 ədəd istehsal ediləcək. Hər bir forma unikal seriya nömrəsi və eksklüziv qablaşdırmaya malik olacaq.
Once upon a time in Rossonero… 📖🔴⚫
— AC Milan (@acmilan) December 5, 2024
Introducing the 24/25 @pumafootball x #ACMilan 125th Anniversary Kit #MadeWithMilanismo #SempreMilan pic.twitter.com/HKU5bJhYBA