Maltada Bayramov-Mirzoyan görüşü olmayacaq


ATƏT-in Xarici İşlər Nazirləri Şurası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş planlaşdırılmayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.
Onun sözlərinə görə, şura çərçivəsində Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş nəzərdə tutulmayıb.
Qeyd edək ki, dekabrın 5-6-da Maltada ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası keçirilir. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Şuranın iclasında iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top