Merkelin yeni kitabı rekorda imza atdı


Almaniyada keçmiş kansler Angela Merkelin memuar kitabının satışı ilk həftədə 200 mini keçərək, 2024-cü ildə ölkədə nəşr olunan kitablar üzrə rekorda imza atıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Almaniyada kitab bazarının dinamikasını təhlil edən “Media Control” şirkəti məlumat yayıb.
Məlumata görə, Merkelin “Azadlıq” adlı memuar kitabı noyabrın 26-da satışa çıxarılıb. Artıq ilk günlərdə kitab Almaniyada, eləcə də qonşu İsveçrə və Avstriyada bütün bestsellerlər siyahısında istisnasız birinci yeri tutub.
Şirkətin təhlilinə görə, kişilər Merkelin xatirələrini qadınlara nisbətən daha çox alırlar (bütün alıcıların 48%-nə qarşı 52%). Yaşa görə, 30 yaşdan 70 yaşa qədər qruplarda nisbətən bərabər paylanma var. Alıcılar arasında ən kiçik pay 29 yaşdan aşağı və 70 yaşdan yuxarı insanlar arasındadır - bütün satışların 11%-i.
Qeyd edək ki, Angela Merkel 2005-2021-ci illərdə Almaniya kansleri vəzifəsini icra edib. Noyabrın 26-da o, Almaniya Demokratik Respublikasındakı (ADR) həyatından və Almaniyadakı siyasi karyerasından bəhs edən “Azadlıq. Xatirələr 1954-2021” adlı memuar kitabını nəşr edib.

DİGƏR XƏBƏRLƏR

Top