İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının Xan Yunis şəhərinin humanitar zonasında keçirdiyi xüsusi əməliyyat nəticəsində Fələstinin HƏMAS hərəkatının bir neçə yüksək rütbəli komandirini zərərsizləşdirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirilməsi İdarəsi (COGAT) məlumat yayıb.
“HƏMAS humanitar zonadan terror fəaliyyətləri üçün istifadə etməkdə davam edir. Bu gün İsrail Müdafiə Qüvvələri Xan Yunis humanitar zonasında terror fəaliyyəti həyata keçirən yüksək səviyyəli HƏMAS terrorçularını zərərsizləşdirib. İkinci dərəcəli partlayışlar müəyyən edilib ki, bu da bu ərazidə silah-sursatın olduğunu göstərir”, - məlumatda qeyd edilib.
COGAT qeyd edib ki, İsrail hərbçiləri mülki şəxslərə zərər vurma riskini azaltmaq üçün bir sıra tədbirlər, o cümlədən dəqiq idarə olunan hərbi sursatlardan istifadə və hava kəşfiyyatı həyata keçirib.