Fransada hökumət böhranı – Baş nazir və nazirlər istefaya göndərildi


Fransanın baş naziri Mişel Barnierin hökuməti parlamentin etimadsızlıq səsverməsindən sonra dağılıb.
Yeniavaz.com
“France 24”ə istinadən xəbər verir ki, parlamentin 574 üzvündən  331-i baş nazir Mişel Barnier və onun hökumətini istefaya göndərərək etimadsızlıq təklifini dəstəkləyib.
Qeyd olunur ki, 1962-ci ildə Georges Pompidudan sonra heç bir Fransa hökuməti etimad səsverməsini itirməyib.
"Reuters"in müxtəlif mənbələrə istinadən verdiyi məlumata görə, Fransa Prezidenti Emmanuel Makron tez bir zamanda yeni baş naziri təyin etmək niyyətindədir.
Lakin onun çətin vəziyyətə düşmüş Mişel Barnierin yerinə kimi seçəcəyi hələlik qeyri-müəyyən olaraq qalır.
Onun siyahısına solçu namizəd Bernard Kazneuve, keçmiş nazir Xavier Bertrand və müdafiə naziri Sebastien Lekornu daxildir.

DİGƏR XƏBƏRLƏR

Top