Gürcüstan Prezidenti Salome Zurabişvilinin hərəkətlərinə “Gürcüstanın müvafiq qurumları” tərəfindən hüquqi qiymət verilməlidir.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib.
Zaxarova deyib ki, Gürcüstan prezidentinin ya ağlı yoxdur, ya ürəyi yoxdur, ya da ən azı hər ikisi: “O ki qaldı iğtişaşlara, konstitusiyaya zidd hərəkətlərə və onlarda uşaqların iştirakına, bilirsinizmi, mən təsəvvür edə bilmirəm ki, böyüklər uşaqları, məktəbliləri küçəyə çıxmağa necə səsləyirlər. Bilmirəm, intellektsizdir, yoxsa ürəksizdir, bəlkə də ən nadir haldır - ağılsız və intellektsiz, amma mən heç vaxt belə adam görməmişəm”.