Zurabişvili beynəlxalq tərəfdaşlarına müraciət edib – "Gecikməyin"


Gürcüstan Prezidenti Salome Zurabişvili beynəlxalq tərəfdaşları Gürcüstanda başlanan repressiyalara görə “Gürcü arzusu”na qarşı tədbirlər görməyə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, Salome Zurabişvili bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 
“Gürcüstanda repressiya var. Mən tərəfdaşlarımıza və böhranın dərinləşməsinin qarşısını almaq istəyənlərə səslənirəm ki, indi ölkəni uçuruma sürükləyən hakim partiyaya güclü təzyiq göstərməyin vaxtıdır. Gecikməyin”, - Zurabişvili  yazıb.
Zurabişvili yazır ki, Gürcüstandakı etiraz aksiyaları bundan sonra Gürcüstanda repressiya adlandırılmalıdı.

DİGƏR XƏBƏRLƏR

Top