Dünyanın ən yaxşı şəhərləri açıqlandı – Siyahı


Dünyanın ən yaxşı şəhərlərinın reytinqi açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
London dünyanın 270-dən çox ən böyük şəhərinin yer aldığı yeni reytinqdə dünyanın ən yaxşı şəhəri seçilib.
“Resonance” konsaltinq agentlyi tərəfindən “Ipsos” tədqiqat mərkəzi ilə birgə tərtib edilən “The 2025 World’s Best Cities” hesabatı şəhərləri cəlbediciliyinə, həmçinin həyat və rifah səviyyəsinə görə sıralayır. Şəhərlər həm də məşhur memarlıq nümunələri, muzeyləri və mədəniyyət mərkəzlərinə görə seçilir. Şəhərlərin seçilməsində məşhur alış-veriş mərkəzləri və parklar da əsas yer tutur.
Telekanal xəbər verir ki, ilk 10 ən cəlbedici meqapolis siyahısında ikinci yeri Paris tutur. Dünyanın üçüncü ən cəlbedici şəhəri isə Nyu-Yorkdur. Tokio dördüncü, Roma isə beşinci yerdədir. Barselona şəhəri altıncı, Madrid şəhəri isə yeddinci yerdə qərarlaşır. Siyahının səkkizincisi Dubay, doqquzuncusu isə Berlin şəhərləridir. İlk onluğu isə Sinqapur tamamlayır.

DİGƏR XƏBƏRLƏR

Top