Uzunömürlü hindistanlı 36 il həbsxanada qalaraq 104 yaşında həbsdən azad edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.
Rasikt Mondal adlı kişi torpaq üzərindəki mübahisə ilə əlaqədar qardaşını öldürdüyü üçün 1988-ci ildə həbs edilib.
“Neçə il həbsdə yatdığımı xatırlamıram. Sanki heç bitməyəcəkdi. Məni bura nə vaxt gətirdiklərini belə xatırlamıram. Hələ də sağlamam, həyətdəki kiçik bağçada bitkilərə qulluq edə bilirəm. Ailəm və nəvələrim üçün darıxmışam. Mən onlarla yaşamaq istəyirəm”, - deyə azadlığa buraxılan Mondal bildirib.
Qohumları və saxlandığı həbsxananın əməkdaşları onun 104 yaşında olduğunu təsdiqləyiblər.