Bayden bu dəfə ölkəni şəhərlə səhv saldı


Adları səhv salması ilə tez-tez gündəmə gələn ABŞ Prezidenti Co Bayden bu dəfə ölkəni şəhərlə səhv salıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, 82 yaşlı Amerika lideri Afrikaya səfəri çərçivəsində dekabrın 3-də anqolalı həmkarı Juan Lourensu ilə görüşü zamanı Anqolanı “canlı şəhər” adlandırıb.
“Bilirsiniz, Anqola canlı bir şəhərdir!” - Bayden deyib.
Daha sonra o, ABŞ-nin evlərini tərk etmək məcburiyyətində qalan afrikalılara 1 milyard dollardan çox humanitar yardım edəcəyini açıqlayıb.
Qeyd edək ki, Bayden prezident kimi ilk dəfədir Afrika qitəsinə səfər edir.
Xatırladaq ki, ABŞ Prezidenti çıxışları zamanı tez-tez adları və ya titulları qarışdırır. Belə ki, iyul ayında NATO sammitində o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putini səhv salmış və sözü “Prezident Putinə” vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top