Cənubi Koreyanın müdafiə naziri istefa verdi


Cənubi Koreyanın müdafiə naziri Kim Yon Hyon istefa verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, o, ölkədə hərbi vəziyyətin elan edilməsi ilə bağlı yaranmış vəziyyətə görə vətəndaşlardan üzr istəyib.
Qeyd edək ki, bundan əvvəl Cənubi Koreyanın aparıcı müxalifətçi “Toburo” Demokratik Partiyası ona impiçment elan edilməsi təklifi ilə parlamentin müvafiq orqanına sənəd təqdim etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top