NİİM aeroport şosesində baş verən qəzanın görüntülərini yaydı – Video


Yol-nəqliyyat hadisələri əksər hallarda sıxlığın yaranmasına gətirib çıxarır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində deyilir.
Bildirilib ki, xüsusilə də nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə qəzalar olduğu zaman sıxlığın müddəti daha da artır və hərəkət çətinləşir:
“Müşahidələr göstərir ki, qəzalar bəzi sürücülərin diqqətsizliyi və məsuliyyətsizliyi səbəbindən də baş verir”.
NİİM sürücülərin maariflənməsi məqsədilə aeroport şosesində qeydə alınan yol-nəqliyyat hadisəsinin videogörüntüsünü təqdim edib.

DİGƏR XƏBƏRLƏR

Top