ABŞ-nin Seuldakı səfirliyi konsulluq xidmətlərini dayandırdı


Amerikanın Seuldakı səfirliyi Cənubi Koreya Prezidenti Yun Sok Yol tərəfindən ölkədə hərbi vəziyyətin tətbiqi və sonradan ləğv edilməsindən sonra yaranmış qeyri-sabit vəziyyətlə əlaqədar konsulluq xidmətlərini dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin məlumatında deyilir.
Prezidentin hərbi vəziyyətin ləğvi barədə bəyanatından sonra vəziyyətin qeyri-sabit olaraq qaldığını bildirən səfirlik vətəndaşları mümkün nəticələri diqqətdə saxlamağa, izdihamlı yerlərdən və nümayişlərdən uzaq olmağa çağırıb.
Diplomatik nümayəndəlik, həmçinin əməkdaşlarını məsafədən işləməyə və övladlarını məktəbə göndərməməyə çağırıb.
Qeyd edək ki, ötən gecə Yun Sok Yol ölkədə hərbi vəziyyət elan edib. Bir neçə saat sonra parlament onun ləğvinə səs verib. Daha sonra prezident qərarını ləğv edəcəyinə söz verib və Nazirlər Kabineti onu dəstəkləyib. Bütün bunlar altı saatdan az müddətdə baş verib.

DİGƏR XƏBƏRLƏR

Top