Zimbabvedə bir qadın tarlada ona hücum edən aslanı yalın əlləri ilə boğub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “AdomOnline” portalı məlumat yayıb.
Hadisə noyabrın 28-i baş verib. Belə ki, Bulavayo əyalətindən olan 57 yaşlı Vayolet Moyo səhər biçin üçün evinin yanındakı tarlaya gedib. Orada bir şir ona hücum edib. Əvvəlcə o, bir nərilti eşidib. Sonra heyvan onu yerə yıxıb və boğazından tutmağa çalışıb.
“Aslan caynaqları ilə boğazıma vurmağa çalışdı. Ancaq o, caynaqlarını sol yanağıma batırmaq istəyəndə mən üzümü yana çevirdim. Sonra da instinktiv olaraq onun boğazından tutub boğdum. Taqətdən düşənə qədər boğazından bərk-bərk tutdum”, - deyə qadın bildirib.
Bundan sonra heyvan onu buraxaraq qaçıb. Yaxınlıqda gəzən uşaqlar Moyonun qışqırıqlarını eşidiblər və ətrafdakı insanları köməyə çağırıblar.
Qadın indi Bulavayodakı xəstəxanada aldığı xəsarətlərdən müalicə alır.