Hərbçilər Cənubi Koreya parlamentinin binasına girməyə çalışdı – KİV


Cənubi Koreyada hərbi vəziyyət rejimini qoruyan qoşunlar ölkənin Milli Assambleyasının binasına daxil olmağa çalışıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə YTN telekanalı məlumat yayıb.
Bildirilib ki, girişə toplaşan vətəndaşlar, o cümlədən deputatlar hərbi qulluqçulardan ibarət kiçik dəstəni binaya buraxmayıblar. Qarşı tərəflər arasında qarşıdurma yaşanıb. İndiyədək mülki əhali hərbçiləri saxlaya bilib.
Xatırladaq ki, daha öncə Cənubi Koreya Prezidenti Yun Sok-Yöl respublikada fövqəladə hərbi vəziyyət tətbiq edib.

DİGƏR XƏBƏRLƏR

Top