Azarkeşlər lazerdən istifadə etdi, UEFA “Qarabağ”ı cərimələdi – 21,5 min manat


UEFA “Qarabağ” klubunu 26 min avro (46 min 514 manat) cərimələyib.
Yeniavaz.com
xəbər verir ki, buna Azərbaycan çempionunun Bakıda “Ayaks”a qarşı keçirdiyi UEFA Avropa Liqası oyununda baş verənlər səbəb olub.
“Köhlən atlar” “komandanın düzgün olmayan davranışı”na (3 qırmızı, 5 sarı vərəqə) görə 14 min avro (25 min 46 manat) ödəyəcək.
Ağdam təmsilçisi sözügedən oyunda lazerdən istifadə olunduğu üçün isə 12 min avro (21 min 468 manat) cərimələnib.
Qeyd edək ki, UEFA Avropa Liqasında Liqa mərhələsinin III turunun qarşılaşması qonaqların qələbəsi ilə başa çatıb - 3:0.
“Qarabağ”ın heyətində Julio Romao ilə məşqçi Çudomir Çakarov birbaşa qırmızı vərəqə alıblar, Elvin Cəfərquliyev ikinci sarı vərəqədən sonra meydandan qovulub. Bundan əlavə, digər futbolçular - Abbas Hüseynov, Yassin Benzia, Kevin Medina, Marko Yankoviç və baş məşqçi Qurban Qurbanov sarı vərəqə ilə cəzalandırılıblar.
Xatırladaq ki, UEFA bundan əvvəl “Qarabağ”ı 28 min 500 avro cərimələyib.

DİGƏR XƏBƏRLƏR

Top