Məşhur iş adamının bu şirkətlərdəki payı 1 milyon manat azaldılıb


“Altec” MMC və “Altis Qrup of Kompani” MMC nizamnamə kapitallarının azaldığını elan edib.
Yeniavaz.com
xəbər verir ki, “Altec” MMC-nin təsisçilərinin 2 dekabr 2024-cü il tarixli qərarına əsasən təsisçi Heydərov Kamal Şamil oğlunun müəssisədə olan payı 1 milyon manat dəyərində azaldılıb.
Eyni zamanda “Altis Qrup of Kompani” MMC-nin eyni tarixli təsisçi qərarına əsasən nizamnamə kapitalı 1 milyon manat dəyərində azaldılıb. 
Məlumat üçün bildirək ki, “Altis Qrup of Kompani” MMC 2006-cı ildə, “Altec” MMC isə 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Hər iki şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, M.Rəsulzadə ştq, Bakı-duz (Rəsulzadə qəs.), ev Baksol ərazisi, m. 1-də yerləşir.
Qeyd edək ki, Heydərov Kamal Şamil oğlu eyni zamanda tanınmış iş adamı Şamil Heydərovun oğludur. Hər iki sahibkar haqqında mətbuatda müxtəlif məzmunlu məlumatlar yayılıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top