Türkiyə Azərbaycana yeni səfir təyin etdi


Türkiyə Azərbaycana yeni səfir təyin edib.
Yeniavaz.com
“Anadolu” Agentliyinə istinadla xəbər verir ki, bu barədə xarici işlər naziri Hakan Fidan Türkiyənin xarici nümayəndəliklərində və səfirliklərində işləyəcək şəxslərin yeni vəzifələri barədə məlumat verərkən deyib.
Onun sözlərinə görə, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, Birol Akgün bundan əvvəl Türkiyə Maarif Fondunun prezidenti olub.

DİGƏR XƏBƏRLƏR

Top