Sumqayıtda daha bir partlayış – Fotolar


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirliyin rəsmi saytında məlumat dərc olunub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub:
“Xilasedicilər tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə əməliyyatı sayəsində Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində dağıntılar altından 2-ci vətəndaş sağ çıxarılaraq xilas edilib.
Əlavə məlumat veriləcək”.
Qeyd edək ki, bu gün Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında da partlayış baş verib.


DİGƏR XƏBƏRLƏR

Top