Sumqayıtda 3 nəfər dağıntılar altından sağ çıxarılıb – Yenilənib + Video


Fövqəladə Hallar Nazirliyinin qüvvələri Sumqayıtda partlayışın baş verdiyi ərazidə üç nəfəri dağıntılar altından sağ çıxararaq aidiyyəti üzrə təhvil verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirliyin yaydığı məlumatda qeyd olunur.
Bildirilib ki, əlavə məlumat veriləcək.


***08:54
Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə FHN-in qüvvələri cəlb olunub:
“Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində bu vaxtadək bir nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib. Əlavə məlumat veriləcək”.




“Sumqayıt şəhərində yaşayış binalarının birində baş vermiş partlayış ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib.
Ərazi mühafizəyə götürülməklə polis əməkdaşları tərəfindən sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsi üçün  və digər zəruri tədbirlər davam etdilir”, - hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Qeyd edək ki, partlayışın qaz sızması nəticəsində baş verdiyi bildirilir.


DİGƏR XƏBƏRLƏR

Top