77 yaşlı müğənni və bəstəkar Elton Conun görmə qabiliyyətini itirib.
Yeniavaz.com xəbər verir ki, ifaçı bu barədə Londonda musiqisini yazdığı “The Devil Wears Prada” adlı musiklinin premyerasında bildirib.
“Mənim bir çox önizləmələrə getmək şansım olmadı, çünki bildiyiniz kimi, görmə qabiliyyətimi itirmişəm. Müzikli görmək mənim üçün çətindir, lakin ona qulaq asmaqdan həzz alıram”, - musiqiçi deyib.
Qeyd edək ki, sentyabr ayında Elton Con sosial şəbəkədə kəskin göz infeksiyası keçirdiyini, bundan sonra yalnız bir gözündə qismən görə bildiyini yazıb.