2023-cü ilin oktyabrından bəri Livanda 240-dan çox tibb işçisi ölüb – BMT


“Ötən ilin oktyabrında İsrail və “Hizbullah” arasında başlayan döyüşlər nəticəsində Livanda azı 241 tibb işçisi həlak olub”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) məlumat yayıb.
“2023-cü il oktyabrın 8-dən indiyədək səhiyyə müəssisələrinə qarşı 158 hücum olub, nəticədə 241 tibb işçisi həlak olub, 292 nəfər isə xəsarət alıb”, - məlumatda deyilib.
Hesabatda o cümlədən təkcə 2024-cü il oktyabrın ortalarından bu yana 86 belə hücumun sənədləşdirildiyi bildirilir. Nəticədə 180 nəfər həlak olub, daha 213 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top