“Türkiyə Suriyadakı vəziyyətə kənar müdaxiləni yanlış hesab edir” – Fidan


“Türkiyə qonşu ölkədəki vəziyyətə hər hansı kənar müdaxiləni yanlış hesab etməklə yanaşı, Suriyadakı nizamlanma prosesinə öz töhfəsini verməyə hazırdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada iranlı həmkarı Abbas Əraqçi ilə danışıqlardan sonra bildirib.
“Son hadisələr bir daha onu göstərir ki, Dəməşq öz xalqı ilə barışmalıdır və Türkiyə bu istiqamətdə bütün lazımi səyləri göstərməyə hazırdır, biz İranla birgə fəaliyyət göstərməyə davam edəcəyik. Biz hər zaman Suriyanın ərazi bütövlüyünü və birliyini müdafiə etmişik və bundan sonra da bunu davam etdirəcəyik”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Qeyd edək ki, noyabrın 27-dən Suriyada müxalif qüvvələr hərəkətə keçərək hökumətin nəzarətində olan ərazilərə hücum ediblər. Üç gün davam edən döyüşlərdən sonra müxalif qüvvələr ölkənin ikinci ən əhəmiyyətli şəhəri hesab olunan Hələbi nəzarətə götürüblər. Hazırda da bir çox istiqamətdə müxalif qüvvələrlə Suriya ordusu arasında qarşıdurmalar yaşanır.

DİGƏR XƏBƏRLƏR

Top