Paytaxtın Binəqədi və Nizami rayonlarında dələduzluqda şübhəli bilinən 2 nəfər polis tərəfindən saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyiin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 251 000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı E.Gözəlov, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 10 000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 46 yaşlı V.Rzayev müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.