MİT daha bir PKK liderini zərərsizləşdirdi


Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Tel Rıfat şəhərində növbəti əməliyyat keçirib.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının qırmızı bülletenlə axtarışda olan qondarma liderlərindən “Yaşar Hakkari” kod adlı Yaşar Çekik zərərsizləşdirilib.
Məlumata görə, 1993-cü ildə terror təşkilatına qoşulan terrorçu 2010-cu ildə 6 əsgərin şəhid olduğu Hakkarinin Çukurca rayonunda Hantepe Jandarma Bölməsinə qarşı terror aktı təşkil edib. O, həmçinin 2011-ci ildə 24 əsgərin şəhid olduğu Çukurca Jandarma İctimai Asayiş Bölük Komandanlığına, həmçinin 1 əsgərin şəhid olduğu Çukurca 1-ci Mexanikləşdirilmiş Piyada Batalyon Komandanlığına terror hücumları planlaşdırıb.
Yaşar Çekik Türkiyə, İraq və Suriyada təhlükəsizlik qüvvələrinə qarşı törətdiyi terror aktlarına görə Daxili İşlər Nazirliyinin Axtarılan Terrorçular Siyahısının qırmızı kateqoriyasına daxil edilib. Terrorçu həmçinin İnterpol tərəfindən də qırmızı bülletenlə axtarışda olub.

DİGƏR XƏBƏRLƏR

Top