Bu saatlarda Tbilisidə etirazçılar Gürcüstan parlamenti yaxınlığında toplaşır.
Yeniavaz.com Gürcüstan mətbuatına istinadən xəbər verir ki, onlar Çavçavadze prospektindən aksiya keçirdikləri parlamentə doğru yürüş ediblər.
Mitinq iştirakçılarının əllərində Gürcüstan və Avropa İttifaqının bayraqları, eləcə də bannerlər var. Aksiya səbəbindən avtomobillərin hərəkəti dayandırılıb. Əraziyə polis səfərbər edilib.