Putin 3 illik federal büdcə haqqında qanunu imzalayıb


Rusiya Prezidenti Vladimir Putin 2025-ci il üçün federal büdcə və 2026-2027-ci illər üçün planlaşdırma dövrü haqqında qanunu imzalayıb.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, 2025-ci ildə büdcə kəsiri 1,17 trilyon rubl (10,8 milyard dollar), 2026-cı ildə 2,18 trilyon rubl (20,2 milyard dollar), 2027-ci ildə 2,76 trilyon rubl (25,6 milyard dollar) təşkil edəcək.
Bildirilir ki, 2025-ci ildə federal büdcənin gəlirləri 40,296 trilyon rubl (373 milyard dollar), 2026-cı ildə 41,84 trilyon rubl (387 milyard dollar), 2027-ci ildə 43,15 trilyon rubl (399,5 milyard dollar) proqnozlaşdırılır. Xərclərin isə müvafiq olaraq 41,47 trilyon rubl (384 milyard dollar), 44,02 trilyon (407,6 milyard dollar) və 45,92 trilyon rubl (425,2 milyard dollar) olacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top