“Azərkosmos”un xidmətlərindən ən çox bu ölkələr istifadə edir – Siyahı


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 50 ölkəsinə 15,4 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlirlər 4,3% azalıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 46 ölkəsinə 16,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
Məlumat üçün bildirək ki, bu ilin yanvar-oktyabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 4,9 milyon dollar ilə Birləşmiş Krallıq, 3,2 milyon dollar ilə Lüksemburq, 781,4 min dollar ilə BƏƏ, 560 min dollar ilə Pakistan, 547,2 min dollar ilə Türkiyə qərarlaşıb.
Ötən ilin yanvar-oktyabr aylarında ilk 5-likdə olan Almaniya və Nigeriyanı Pakistan və Türkiyə əvzələyib. Belə ki, ötən ilin yanvar-oktyabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 872,9 min dollar ilə Almaniya və 622 min dollar ilə Nigeriya da yer alıb.

DİGƏR XƏBƏRLƏR

Top