Rusiya və Suriya təyyarələri İdlibi bombalayır – “Reuters”


Rusiya və Suriya təyyarələri Hələb şəhərinə daxil olan müxalif qüvvələri geri qayıtmağa məcbur etmək üçün onların nəzarətində olan İdlibi bombalamağa başlayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” Suriya ordusundakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, daha əvvəl müxalif qüvvələrin nəzarətində olan digər şəhərlər, o cümlədən Hələb də hava hücumlarına məruz qalıb.
Suriya ordusu, həmçinin bu gün artıq müxalif tərəfindən ələ keçirilən bir çox yaşayış məntəqəsinin geri alındığını bəyan edib.
Qeyd edək ki, noyabrın 27-dən Suriyada müxalif qüvvələr hərəkətə keçərək hökumətin nəzarətində olan ərazilərə hücum ediblər. Üç gün davam edən döyüşlərdən sonra müxalif qüvvələr ölkənin ikinci ən əhəmiyyətli şəhəri hesab olunan Hələbi nəzarətə götürüblər.

DİGƏR XƏBƏRLƏR

Top