Yaponiyanın baş naziri Şiqeru İşibanın olduğu avtomobil yol qəzasına düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Bildirilib ki, qəza Tottori prefekturasında baş verib.
“Siyasətçinin avtomobili qarşıdan gələn təhlükəsizlik qüvvələrinə məxsus avtomobillə toqquşub. Baş nazir xəsarət almayıb. Qısa müddətli fasilədən sonra İşibanın kortej hərəkətə davam edib”, - məlumatda deyilir.