Yaponiyanın Nansey adaları yaxınlığında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 34,3 min nəfərin yaşadığı Hirara şəhərindən 93 km şimal-şərqdə yerləşib. Ocaq 40 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.