Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov arasında telefon danışığı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
“Xarici işlər naziri Hakan Fidan bu gün, noyabrın 30-da Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb. Görüşdə Suriyadakı vəziyyət və Astana prosesi müzakirə edilib”, - mənbə bildirib.
Qeyd edək ki, daha öncə Fidan Ankaranın Suriyanın Hələb əyalətində alovlanan münaqişədə iştirak etmədiyini, lakin Suriyadan yeni miqrasiya dalğası riskləri ilə bağlı təhlükəsizlik tədbirləri gördüyünü bildirib. O, Türkiyənin Suriyadakı terror quruluşunun dövlət olmasına heç vaxt icazə verməyəcəyinə də diqqət çəkib.