Futzal üzrə Avropa çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan millisinin İsveç yığması ilə keçirəcəyi oyuna hakim təyinatı açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasından məlumat verilib.
Məlumata görə, matçda ədaləti Qazaxıstandan olan hakimlər briqadası qoruyacaq.
Görüşün referiləri Aslan Qalayev, Turekhan Tursumbayev və Nurlybek Kalimaqanbetov olacaqlar.
Qeyd edək ki, dekabrın 17-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan-İsveç qarşılaşması saat 20:00-da start götürəcək.