Suriya ordusu qoşunlarını Hələbdən geri çəkdi


Suriya ordusu Hələbdən qoşunlarını geri çəkməyi qərara alıb.
Yeniavaz.com
bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məluamata görə, Suriya ordusu müxalifətçilərə qarşı əks-hücum hazırlamaq üçün qoşunların Hələbdən müvəqqəti çıxarıldığını elan edib.
“Biz müvəqqəti olaraq geri çəkilirik, məqsədimiz əks-hücuma başlamaqdır”, - ordu yaydığı bəyanatda qeyd edib.
Hərbçilər həmçinin əlavə edib ki, son günlər Hələb və İdlibdə müxalifətçilərlə toqquşmalarda onlarla suriyalı hərbçi ölüb və yaralanıb.
Belə ki, ötən gün Suriya Prezidenti Bəşər Əsədin hökumət qüvvələrinə qarşı döyüşən silahlı qruplar Hələbin şəhər mərkəzinə daxil olaraq şəhərin böyük hissəsini ələ keçirib.
Silahlı qruplar qubernatorluğu, polis qərargahını və hərbi hava limanını, eləcə də şəhərin simvolu olan Hələb qalasını ələ keçirib.
Şəhərdə komendant saatı tətbiq edən silahlı qruplar nəzarəti altında olan ərazilərdə yoxlamalar aparır, təhlükəsizlik tədbirləri görürlər.

DİGƏR XƏBƏRLƏR

Top