“Barselona”nın yaranmasının 125 illiyi şərəfinə klub tarixinin ən yaxşı oyunçularından ibarət simvolik komandası təqdim edilib.
Yeniavaz.com xəbər verir ki, siyahını Amerikanın ESPN idman portal tərtib edib.
Siyahını təqdim ediirik:
Qapıçı: Viktor Valdes.
Müdafiəçilər: Dani Alves, Ronald Kuman, Karles Puyol.
Yarımmüdafiəçilər: Xavi, Andres İnyesta, Luis Suares Miramontes, Yohan Kroyf.
Hücumçular: Lionel Messi, Ladislao Kubala, Ronaldinyo.
Qeyd edək ki, 14 turdan sonra 34 xal toplayan “Barselona” İspaniya çempionatına başçılıq edir. Çempionlar Liqasında Kataloniya komandası üçüncü yerdədir. Hans-Diter Flikin komandası 5 matçda 12 xal toplayıb.