Netanyahu bu dəfə Baş Qərargah rəisini dəyişmək istəyir


İsrailin Baş naziri Benyamin Netanyahu Livanla 60 günlük atəşkəs başa çatana qədər İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevini əvəz etməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mənbələrə istinadla “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.
“Kan”dakı iki mənbənin bildirdiyinə görə, Baş Qərargah rəisi istefası ilə 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatı silahlılarının İsrailə hücumu zamanı hərbi rəhbərliyin səhvlərinə görə məsuliyyəti öz üzərinə götürməlidir.
Teleradio şirkətinin həmsöhbətlərinin qeyd etdiyi kimi, bu qərarı müdafiə naziri İsrael Kats da dəstəkləyib.
Qeyd edək ki, İsrail və Livan arasında atəşkəs razılaşması ABŞ-Fransa təşəbbüsünə uyğun olaraq noyabrın 27-də qüvvəyə minib. Sənəd BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin dəstəyi ilə Livan ordusunun cənub sərhədi boyunca yerləşdirilməsini nəzərdə tutur. Öz növbəsində, İsrail tədricən (60 günə qədər müddət ərzində) qoşunlarını Cənubi Livandan çıxarmağa başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top