Van Nistelroy Premyer Liqa klubuna baş məşqçi təyin olundu


Niderlandlı Rud van Nistelroy İngiltərənin “Lester” futbol klubunun baş məşqçisi təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Van Nistelroyla müqavilə 2027-ci ilin iyun ayına qədərdir.
Qedy edək ki, oktyabrın 28-də həmyerlisi Erik ten Haq baş məşqçi postunu tərk etdikdən sonra van Nistelroy İngiltərənin “Mançester Yunayted” klubuna müvəqqəti baş məşqçi təyin edilib. Onun rəhbərliyi altında “Mançester Yunayted” bütün turnirlərdə üç qələbə qazanıb və bir dəfə heç-heçə edib.
Qələbələrdən biri Liqa Kubokunda “Lester” üzərində qazanılıb (5:2). Van Nistelroy noyabrın 11-də “Mançester Yunayted”in məşqçilər korpusunu tərk edib və portuqaliyalı Ruben Amorim komandanın baş məşqçisi olub.
Xatırladaq ki, Van Nistelroyun 48 yaşı var. O, əvvəllər Niderlandın PSV klubuna rəhbərlik edib, onunla ölkə kubokunu və super kuboku qazanıb.
Niderlandlı futbolçu kimi 2001-2006-cı illərdə “Mançester Yunayted”də çıxış edib və İngiltərə çempionu olub. O, həmçinin İngiltərə Kuboku və Superkubokunu və Liqa Kubokunun qazanıb. Van Nistelroy İspaniyanın “Real Madrid”, Almaniyanın “Hamburq” və İspaniyanın “Malaqa” klublarında da çıxış edib.
“Lester” İngiltərə çempionatının turnir cədvəlində 16-cı yerdədir. Komandanın 12 turdan sonra 10 xalı var.

DİGƏR XƏBƏRLƏR

Top