Tramp ABŞ-nin əsas düşmənini açıqladı


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkənin əsas düşməninin Venesuelanın “Tren de Araqua” bandası olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Post” qəzeti yazıb.
Nəşrin məlumatına görə, “Tren de Aragua” bandası (“Tren de Aragua”, yaxud TdA) Venesuelada  təxminən 15 il əvvəl meydana çıxıb.
Amerika təhlükəsizlik rəsmiləri bunu eyni anda bir neçə ölkədə - Peru, Çili və  Kolumbiyada milli təhlükəsizliyə təhdid adlandırırlar. Brazilya, Ekvador, Boliviya və Kosta Rikada da banda hüceyrələri fəaliyyət göstərir. Bundan əlavə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi bildirir ki, dəstə üzvləri ölkənin ən böyük 16 ştatında daimi fəaliyyət göstərir.
NYP yazır ki, Tramp “Tren de Araqua” bandasını “ABŞ-ın əsas düşməni” elan edib. Lakin ekspertlər onun Şimali Amerikada mövcud olmadığını bildirirlər.
“Birinci gün mən Amerika tarixindəki ən böyük deportasiya proqramını işə salacağam. Biz bütün bu quldurları qovmalıyıq. Tutulan hər şəhəri və qəsəbəni xilas edəcəyəm. Biz bu qatil cinayətkarları həbsxanaya salacağıq, sonra isə onları ölkəmizdən qovacağıq”, - deyə Tramp 1789-cu il Xarici Düşmənlər Aktını işə salmaqla hədələyib.
Qeyd edək ki, Tramp seçki kampaniyası zamanı dəfələrlə daha sərt immiqrasiya siyasətini müdafiə edib. O qeyd edib ki, Co Bayden administrasiyasının həddindən artıq yumşaq siyasəti ABŞ-nin üçüncü dünya ölkəsinə çevrilməsinə səbəb olub. Tramp həmçinin bildirib ki, onun seçki proqramına “Avrora əməliyyatı” planı daxildir. Bu plan Venesuela quldur dəstələrinə mənsub bütün qeyri-qanuni miqrantların mühakimə olunmadan həbsini və deportasiyasını nəzərdə tutur.

DİGƏR XƏBƏRLƏR

Top