Antalyada 4,8 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ ocağı Qazipaşa rayonunun dəniz sahilində 34,79 kilometr dərinlikdə yerləşib.
Bildirilib ki, tələfat və ya dağıntı qeydə alınmayıb.